
Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarından Azərbaycandan İsveçrəyə əldə
edilmiş 96,6 milyon dollar dəyərində bitumlu süxurlarndan 172,9 min
ton xam neft və neft məhsulları ixrac olunub .
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən il Azərbaycandan İsveçrəyə neft ixrac
olunmayıb.
Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan
dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və
neft məhsulları ixrac olunub. İxracın ümumi həcmi 22,1 milyon ton,
ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib
Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz
azalıb, həcm (fiziki) ifadəsində isə 576 min ton və ya 2,7 faiz
artım qeydə alınıb.

