Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla Türkiyə arasında
ticarət əməliyyatlarının həcmi 1,309 milyard ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 121,5 milyon ABŞ dolları və ya 8,5% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 13,91%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə
qərarlaşıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 785,9
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 51,5 milyon ABŞ dolları və ya təqribən 6,1%
azdır.

Dövr ərzində Azərbaycandan Türkiyəyə 25,9 milyon ABŞ dolları
dəyərində 56 031 ton bitumlu süxurlardan alınmış xam neft və xam
neft məhsulları ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
sözügedən məhsulların ixracı dəyər ifadəsində 13,9 milyon ABŞ
dolları və ya 2,2 dəfə, həcm baxımından isə 32 010 ton və yaxud da
2,3 dəfə artım deməkdir.




Bundan əalvə, bu ilin ilk 3 ayında Azərbaycandan Türkiyəyə 139,9
milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki,
bu da ötən ilin eyni dövrünə nisbətən 5,6 milyon ABŞ dolları və ya
4,2% çoxdur. Azərbaycanın ümumi ixracında Türkiyəyə qeyri-neft
məhsulları ixracı 16.24% paya malik olub. Bu göstərici ilə Türkiyə
Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr
siyahısında 2-ci pillədə qərarlaşıb.

Eyni zamanda hesabat dövrü ərzində Türkiyədən Azərbaycana isə
522,9 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub
ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 70 milyon ABŞ
dolları və ya 11,8% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və
ya 21,9% azdır.

Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,
4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar
və ya 29,3% azalıb.

Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə
çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir