Xankəndidə “Kənddən şəhərə” Yeni il kənd təsərrüfatı yarmarkası təşkil olunub (FOTO)

Baş səhifə

Xankəndi. Trend:

Dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyinin
və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və
Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il kənd
təsərrüfatı yarmarkası keçirilir.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə,
yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışına
dəstək göstərmək, eyni zamanda əhalinin keyfiyyətli kənd
təsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təmin
edilməsidir.




Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarından
gətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını
satışa çıxarıblar. Təklif olunan məhsullar bazar qiymətlərindən
aşağı qiymətlərlə təqdim edilib ki, bu da alıcıların marağına səbəb
olub. Gün ərzində yarmarkada müşahidə olunan canlanma sakinlərin
təşəbbüsü müsbət qarşıladığını göstərib.

Doğma torpaqlarda təşkil olunan yarmarka şəhər sakinlərində
bayram əhval-ruhiyyəsi yaradıb, həm yerli istehsalçıların, həm də
istehlakçıların məmnunluğunu təmin edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir