
Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyi sabiq Baş prokuror Otar
Romanov-Partsxaladze barəsində cinayət işi açıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər
nazirinin müavini Aleksandr Daraxvelidze mətbuata açıqlama
verib.
Məlumata görə, keçmiş Baş prokuror mart ayında Tbilisinin
mərkəzində iş adamı Levan Canqveladzenin qətlini təşkil etməkdə
ittiham olunur.
Levan Canqveladze, kriminal avtoritet Merab Canqveladzənin
qardaşıdır, 14 mart 2025-ci il tarixində Tbilisinin İliya
Çavçavadze prospektində öldürülüb. Qatil ona atəş açıb və hadisə
yerindən qaçıb. Bundan sonra hüquq-mühafizə orqanları Gela
Udzilaurini saxlayıb. Ona sifarişli qətldə iştirak etmək ittihamı
irəli sürülüb. Tbilisi Şəhər Məhkəməsi oktyabr ayında Udzilaurini
ömürlük həbs cəzasına məhkum edib.
“Otar Romanov-Partsxaladze Levan Canqveladzenin qəsdən
öldürülməsinə, cinayətkar qrupun lideri kimi rəhbərlik edib”, –
deyə Daraхvelidze deyib.

