
Bakı. Trend:
Bu gündən Azərbaycana idxal olunan kvadrisikllər aksizli
malların siyahısına əlavə olunmaqla aksizə cəlb ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, kvadrisikllərin mühərrikin həcminin hər
kubsantimetrinə görə 0,5 manat aksiz dərəcəsi
tətbiq olunacaq.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.

