Maduro: Venesuela ABŞ-ın neft sektoruna investisiya qoymasına hazırdır

Baş səhifə

Venesuela “Chevron” kimi ABŞ-ın neft sektoruna investisiya qoymasına hazırdır.

APA xəbər verir ki, bu barədə Prezident Nikolas Maduro məlumat verib.

“Əgər onların Venesuela neftinə ehtiyacı varsa, Venesuela “Chevron” kimi ABŞ-ın investisiya qoymasına hazırdır, istənilən vaxt, istənilən yerdə və istənilən şəkildə. ABŞ bilməlidir ki, əgər onlar hərtərəfli iqtisadi inkişaf müqavilələri istəyirlərsə, onları da bağlaya bilərlər”, – Maduro deyib.

Qeyd edək ki, “Chevron” şirkətinin Venesueladan neft hasil etmək və ixrac etmək üçün ABŞ lisenziyası var və şirkət Latın Amerikası ölkəsində fəaliyyətini davam etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir