Hindistan “Pralay” kvazi-ballistik raketinin iki sınaq buraxılışını uğurla həyata keçirib

Baş səhifə

Bakı. Trend:

Hindistan yerli istehsal olan “Pralay” qısa mənzilli
kvazi-ballistik raketinin iki ayrı sınaq buraxılışının uğurla başa
çatdığını elan edib.

Trend xəbər verir
ki, bu barədə NDTV telekanalı məlumat yayıb.




Bildirilib ki, Hindistan Müdafiə Nazirliyinin törəmə qurumu olan
Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı (DRDO) yerli vaxtla səhər
saat 10:30-da Odişa sahilləri yaxınlığında iki raket buraxılışı
həyata keçirib.

Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, müxtəlif növ
döyüş başlıqları daşımaq imkanına malik olan hər iki raket nəzərdə
tutulan trayektoriyalar üzrə dəqiq hərəkət edib və sınaqlar uğurla
başa çatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir