
Bakı. Trend:
Müvafiq tədris illərində 5 yaşlı 87 min nəfər uşağın məktəbə
hazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumtəhsil
məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyətinə 37,4 milyon
manat xərclənəcək.
Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.
Ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 300-dən çox adda
təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunmasına və
metodiki vəsaitlərin alınmasına 19 milyon manat xərclənəcək.

