Ölkə ikincisi Aylin uğurun sirrini açıqladı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi martın 9-da ölkə
üzrə keçirilimiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Buraxılış imtahanında ölkə üzrə üç nəfər mümkün olan ən yüksək
nəticəni göstərib. Region şagirdləri arasında da yüksək nəticə
göstərənlər var.

Trend
Şəki-Zaqatala regionu üzrə ən yüksək nəticə göstərmiş Aylin
Rəhimlinin imtahanla bağlı təəssuratlarını öyrənib.

Aylin Rəhimli Qəbələ şəhər V.Qəhrəmanov adına 1 saylı tam orta
məktəbin şagirdidir. o, 298 ballıq nəticə ilə ölkə ikincisi
olub.

Onun sözlərinə görə, imtahan çətin keçməyib:

“Yeganə problem düşündürücü suallar idi ki, bu da xeyli vaxt
aparırdı. Əslində hədəfim 300 bal idi, lakin dediyim kimi vaxt
məhdudiyyəti səbəbindən çox düşünməyə vaxtım olmadı. Amma, təbii
ki, yüksək nəticə gözləyirdim”.




Aylin Rəhimli bildirib ki, 3-cü ixtisas qrupu üzrə hazırlaş və
Dövlət İdarəçilik Akademiyasında hüquq ixtisası üzrə təhsil almağı
planlaşdırır.

Aylin qarşıdakı qəbul imtahanında da yüksək nəticə əldə etmək
üçün çalışdığını deyir. O, fənnlər üzrə sualların çətinlik dərəcəsi
haqqında da fikrini bölüşüb:

“Deyə bilərəm ki İngilis dili normal idi, Azərbaycan dilində
düşündürücü suallar olsa da, həddən artıq çətin olduğunu deməzdim,
riyaziyyatda da açıq suallar düşündürücü idi, digərləri isə rahat
suallar idi”.

“Ölkə ikincisi olmaq mənim üçün qürurdur. İmtahana hazırlaşan
uşaqlara tövsiyəm o ola bilər ki, mümkün qədər diqqətlərini dərsə
cəmləsinlər, hazırlaşdıqları fənlər üzrə çoxlu sınaqlar işləsinlər
və ən önəmlisi isə öz potensiallarına inansınlar”, – Aylin əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir