
Bakı.Trend:
2026-cı ilin dövlət büdcəsində mədəniyyət, incəsənət,
informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan
digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan
xərclər 632,1 milyon manat təşkil edəcəkdir ki, bu da 2025-ci illə
müqayisədə 10,4 milyon manat və ya 1,7 faiz çoxdur.
Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, həmin vəsaitin 240,7 milyon manatı mədəniyyət və
incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar,
mədəniyyət sarayları, evləri, mədəniyyət mərkəzləri, teatrlar,
musiqi kollektivlərinin saxlanılması xərclərinə,
78,7 milyon manatı televiziya, radio və nəşriyyat xərclərinə,
50,1 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti
tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı yaradıcı
ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərə,
239,8 milyon manatı bu sahələrdə digər müəssisə və tədbirlərlə
bağlı xərclərə yönəldiləcəkdir.

