Dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsaitin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu il təhsil sektoruna dövlət büdcəsindən 5 milyard 16,4 milyon
manat vəsait ayrılacaq. Bu, 2025-ci illə müqayisədə 79,1 milyon
manat və ya 1,6 faiz çoxdur.

Trend-in
məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın
büdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, təhsil xərclərinin ÜDM-də payı 3,7 faiz, dövlət büdcəsi
xərclərinin tərkibində payı isə 12 faiz təşkil edəcək.

Bu sahə üzrə xərclərin bölgüsü aşağıdakı kimidir:

Ümumi təhsil xərcləri – 2 milyard 414,8 milyon manat;

Ali təhsil və dövlət sifarişi ilə ali təhsilin
maliyyələşdirilməsi – 801,5 milyon manat;




Məktəbəqədər təhsil xərcləri – 468,2 milyon manat;

Orta ixtisas təhsili xərcləri – 94,2 milyon manat;

Peşə təhsili xərcləri – 105,5 milyon manat;

Əlavə təhsil və tətbiqi tədqiqatlar – 28,2 milyon manat;

Təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər – 1
milyard 104,1 milyon manat.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir