
Bakı. Trend:
İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted” və “Nottinqem
Forest” komandaları arasında keçirilən qarşılaşma başa çatıb.
Trend xəbər verir
ki, oyun 2:1 hesabı ilə “Nottinqem Forest”in qələbəsi ilə
yekunlaşıb.
Matçın 13-cü dəqiqəsində Murilo topu öz qapısına göndərərək
londonluları hesabda irəli çıxarıb. Lakin 55-ci dəqiqədə Nikolas
Dominqes bərabərlik qolunu vurub. Qarşılaşmanın taleyini isə 89-cu
dəqiqədə penaltidən fərqlənən Morqan Gibbs-Uayt həll edib.
Bu nəticədən sonra “Vest Hem Yunayted” 14 xalla Premyer Liqa
turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. “Nottinqem Forest” isə
21 xalla 17-ci yerdədir.

