
Bakı. Trend:
Bu il aprelin 1-nə qədər Bakı–Supsa neft kəməri ilə 738 milyon
barel neft nəql olunub.
Trend bu
barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər
verir.
Qeyd edilib ki, bu kəmər 1999-cu il aprelin 17-də istismara
verilib.
“Bu kəmər Azərbaycanın müasir enerji strategiyasında mühüm yer
tutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarına
çıxışını təmin edir. O, “Əsrin müqaviləsi”ndən sonra həyata
keçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan
neftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib.
Bakı–Supsa neft kəməri regionda enerji əməkdaşlığının inkişafına
töhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçün
möhkəm zəmin yaradıb”, – məlumatda vurğulanıb.

