Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca‑Cola” ilə unudulmaz anlar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu qış Bakının ürəyi Fəvvarələr Meydanında döyündü. 25 noyabrdan
etibarən minlərlə insan bir araya gəldi, soyuq havada isti ürəklər
birləşdi.

“Coca-Cola”nın dəstəyi ilə təşkil olunan “Soyuq Əllər, İsti
Ürək” xeyriyyə yarmarkası yalnız bir məkan deyil – o, xatirələrin,
gülüşlərin və ümidlərin ünvanıdır.

Bu il də yarmarkada Coca‑Cola”nın dəstəyi ilə bayramın simvolu
olan möhtəşəm Yeni İl Şam Ağacı və Şaxta Baba Evi quruldu. Yeni
İlin bu əsas elementləri ziyarətçilərin bayram əhvalını daha da
gücləndirdi, çünki “Coca‑Cola” üçün bayram birlik, sevgi və
paylaşmaqdır.

Yarmarka isə ilk dəfə sirk tematikası ilə təqdim olundu –
musiqi, rəngarəng dekorlar və əyləncə hər kəsi bayram möcüzəsinə
bürüdü. Yarmarkada 60 böyük və 20 kiçik dekorativ ev, üç iki
mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan”
labirinti, müxtəlif tematik fotozonalar, iki foto köşk (photo
booth) və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni
məkanlar qonaqlara unikal qış təcrübəsi yaşatdı.




2013-cü ildən etibarən “Nargis” Fondunun təşkilatçılığı ilə
keçirilən yarmarkada sponsorların dəstəyi və dekorativ evlərin
kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət
çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına
yönəldilib.

Qeyd edək ki, 1920-ci ildə “Coca‑Cola” ilk dəfə olaraq Yeni İl
bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun
illərdir Yeni İl “Coca-Cola” üçün xüsusi önəm daşıyır. Şirkət
fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra
kampaniyalar və layihələr həyata keçirir. “Coca-Cola” Azərbaycanda
da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar
gerçəkləşdirir.

Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda
fəaliyyətinin 30 illiyini qeyd edib. Şirkət ölkədəki fəaliyyətinə
1994-cü ildə “Coca-Cola İçecek” şirkətinin tərkibində yaradılan
“Azerbaijan Coca-Cola Bottlers” ilə başlayıb və bu gün “Coca-Cola”,
“Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur
sərinləşdirici içki markalarının istehsalı və satışı ilə
məşğuldur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir