Almaniya Kansleri İranda etirazçılara qarşı zorakılığı qınayıb

Baş səhifə

Almaniya Kansleri Fridrix Merts İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı tətbiq etdiyi gücü həddən artıq adlandırıb və qınayıb.

APA xəbər verir ki, o, bu barədə Hindistana səfəri zamanı bildirib.

“İran rəhbərliyini öz xalqını hədələmək əvəzinə qorumağa çağırıram. Tehrandakı rəhbərliyin öz xalqına yönəltdiyi zorakılığı ən güclü şəkildə qınayırıq”, – Merts vurğulayıb.

Kansler əlavə edib ki, bu zorakılıq güclülüyün deyil, zəifliyin göstəricisidir: “Bu zorakılıq sona çatmalıdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir