
Bakı. Trend:
Yanvarın 13-də Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio Dövlət
departamentində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı qəbul
edəcək.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüş yerli vaxtla saat 12:00-da başlayacaq (Bakı
vaxtı ilə 21:00-da).
Görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini
Elison Huker və Avropa və Avrasiya məsələləri üzrə Büronun (Dövlət
Departamentinin) aparıcı mütəxəssisi Brendan Harnahan da iştirak
edəcək.
Görüşün gündəliyi və hansı istiqamətdə müzakirələrin aparılacağı
barədə məlumat verilmir.

