
Bakı.Trend:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı
tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən
müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu
nəqliyyat vasitələri cəlb olunub.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il
ərzində isə 495 marşrut reysi üzrə müsabiqələr keçirilib. Bu dövr
ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC
Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”,
“Golden Dragon” markalı 131 müasir avtobus şəhərlərarası daşımalara
cəlb edilib. Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına
şəhərlərası daşıma üzrə avtobus parkının 40% yenilənib.
Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u isə 2025-ci ildə
istismara buraxılıb.
Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara
işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96%-i
“biletim.az” portalına qoşulub. Vətəndaşlara daha rahat və
təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn
qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə
olunur.

