
Bakı. Trend:
Cənubi Afrika Respublikasının Qautenq əyalətində məktəb
mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 13
şagird həlak olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, qurbanların 11-i hadisə yerində keçinib, ikisi
isə xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını
dəyişib.
Hadisə şahidlərinin verdiyi ifadəyə görə, qəza böyük ehtimalla
mikroavtobusun sürücüsünün yol hərəkət qaydalarını pozması
ucbatından baş verib, belə ki, onlar sürücünün yüksək sürətli
təhlükəli ötmə hərəkətləri yerinə yetirdiyini və nəticədə
mikroavtobusun əks hərəkət istiqamətində olan yük maşını ilə
toqquşduğunu iddia edir.

