Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə
6 iyun 2026-cı il tarixində Almaniya Federativ Respublikasının
Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III
Forumu keçiriləcək.

Trend xəbər verir ki, bu
barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli”
çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları və
Prosesləri” (“Smart City Technology and Processes”) mövzusunda
müzakirələrin aparılması nəzərdə tutulur.

III Forumun təşkili Almaniyada, eləcə də Avropanın müxtəlif
ölkələrində mühəndislik sahələrində çalışan, elmi fəaliyyət
göstərən azərbaycanlı mütəxəssislərin və gənc alimlərin bir araya
gəlməsi, onlar arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin
ölkəmizin müvafiq qurumları ilə elmi-praktik əməkdaşlığın inkişafı
baxımından xüsusi əhəmiyyət kəsb edir.




Forumda Avropada fəaliyyət göstərən azərbaycanlı mühəndis və
mütəxəssislərlə yanaşı, Azərbaycan Respublikasının aidiyyəti dövlət
qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin, eləcə
də Almaniyanın bir neçə nüfuzlu universitet və tədqiqat
mərkəzlərinin təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Avropada yaşayan və forumda iştirak etmək istəyən azərbaycanlı
mühəndislər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə
bilərlər:


Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir