Prezident İlham Əliyev: 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 qeqavat güc əldə etməyi gözləyirik

Baş səhifə

Davos. Trend:

İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci
prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji
sahəsinə artan marağı görürük.

Trend xəbər verir ki, bunu
Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi
Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə
səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes
nümayəndələrinin suallarının cavabında deyib.

Artıq iki iri bərpaolunan enerji stansiyasının istismara
verildiyini və növbəti altı il ərzində Günəş və külək enerjisi üzrə
istehsal gücünün əhəmiyyətli dərəcədə artırılacağını qeyd edən
dövlətimizin başçısı vurğulayıb: “2032-ci ilə qədər Günəş və külək
enerjisi üzrə 8 qeqavat güc əldə etməyi gözləyirik. Günəş və külək
potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir
neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji
saxlanması üçün güclərin qurulması barədə düşünürük”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir