Rusiya Ruminyada yaşayış binasını vurdu – Yaralılar var

Baş səhifə

Rumıniyanın şərqindəki Qalati şəhərində pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.

Modern.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb

Bildirilib ki, Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər xəsarət alıb. Təxminən 70 sakin binadan təxliyə edilib.

PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd olunub. Rumıniyanın iki F-16 qırıcı təyyarəsi dərhal havaya qaldırılıb və pilotlara hədəfləri vurmaq səlahiyyəti verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir