
Bakı.Trend:
Xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı
tələbkarlıq artırılmış, belə ki, şəhər prokurorluq orqanları
əməkdaşlarından ümumilikdə 6 nəfər intizam məsuliyyətinə cəlb
olunmuş, onlardan 2 nəfər prokurorluq orqanlarından xaric edilmiş,
1 nəfər isə tutduğu vəzifədən azad olunub.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Həmçinin bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları
tərəfindən hesabat dövründə 258 cinayət işinin ibtidai istintaqı
tamamlanmış, onlardan 212 şəxs barəsində 182 iş baxılması üçün
müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai
istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə,
fiziki və hüquqi şəxslərə vurulmuş 13.827.887 manat məbləğində
maddi ziyanın 8.243.898 manatı və ya 59,6 %-nin ödənilməsi təmin
olunub.

