
Bakı.Trend
ABŞ Silahlı Qüvvələrinin beş hərbi bazasında dronlardan müdafiə
məqsədilə istiqamətləndirilmiş enerji silahları, o cümlədən lazer
və mikordalğa qurğuları yerləşdiriləcək.
Trend xəbər verir
ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qanunsuz dron uçuşlarına qarşı müdafiə üzrə pilot
layihə çərçivəsində silahlar Vaşinqton ştatında yerləşən Kitsap
Hərbi-Dəniz Bazasında, Texas ştatındakı Fort Bliss və Arizona
ştatındakı Fort Huaçuka quru qoşunları bazalarında, eləcə də Şimali
Dakota ştatındakı Qrand Forks və Missuri ştatındakı Uaytman Hərbi
Hava Qüvvələri bazalarında yerləşdiriləcək.
Qurğuların quraşdırılmasının altı ay ərzində tamamlanması
planlaşdırılır.

