
Bakı. Trend:
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol
Sosias yanvarın 22-də Azərbaycana rəsmi səfərə gəlib.
Trend xəbər verir
ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda İspaniya Parlamentinin nümayəndə heyətini
Milli Məclisin İspaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi
qrupunun rəhbəri Sevil Mikayılova, Azərbaycanın İspaniyadakı səfiri
Ramiz Həsənov, İspaniyanın Türkiyə və Azərbaycandakı səfiri
Kristina Latore, Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Pedro
Torrubia və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Fransina Armenqol Sosiasın ölkəmizin
rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli
əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi
aparılacaq.

