Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır – Prezident Edqars Rinkeviçs

Baş səhifə

Bakı. Trend:

Qeyri-müəyyənlik dövründə etibarlı tərəfdaşların əldə olunması
ən mühüm sərvətdir.

Trend xəbər verir ki, bu
fikri Latviya Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Bakıda
keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışında
səsləndirib.

O qeyd edib ki, Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının, o cümlədən NATO-nun üzvü kimi Latviya
Azərbaycan ilə həmin təşkilatlar, eləcə də ikitərəfli əməkdaşlıq
çərçivəsində işləməyə və dəstək verməyə, iqtisadi əlaqələrin
təşviqi üçün bütün bacarıqlarını bölüşməyə hazırdır.

“Biz, həmçinin bir faktı da yüksək dəyərləndiririk ki,
Azərbaycan nəinki Latviya, o cümlədən bir çox Avropa ölkəsi üçün
həm siyasi, həm iqtisadi sahədə və ən vacibi isə, energetika
sahəsində strateji tərəfdaşdır”, – deyə Edqars Rinkeviçs
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir