İngiltərənin “Vest Hem” klubu Adama Traorenin transferi ilə bağlı razılığa gəldi

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan “Vest
Hem” klubu “Fulhem”in vingeri Adama Traorenin transferi ilə bağlı
şifahi razılığa gəlib.

Trend-in
məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romano
sosial şəbəkələrdə məlumat paylaşıb.




Bildirilir ki, razılaşma yekunlaşıb və yaxın günlərdə sənədlərin
imzalanması və futbolçunun tibbi müayinəsi keçiriləcək.

“Barselona” yetirməsi olan, malili köklərə sahib ispaniyalı
futbolçu İspaniya millisində səkkiz dəfə çıxış edib.
“Transfermarkt” Traoreni 8 milyon avro dəyərində qiymətləndirir; o,
cari mövsümdə 20 oyunda iştirak edib və bir qol vurub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir