İsrail XİN rəhbəri Azərbaycanda dini tolerantlıq səviyyəsini və ikitərəfli əlaqələrin möhkəmliyini vurğulayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri
Gideon Saar Bakıda yerli yəhudi icmasının liderləri ilə
görüşüb.

Trend xəbər verir
ki, israilli nazir bu barədə rəsmi “Instagram” səhifəsində paylaşım
edib.

Saar görüş zamanıqeyd edib ki, hazırda Azərbaycanda qarşılıqlı
hörmət, dini tolerantlıq və vicdan azadlığı şəraitində təxminən 30
min yəhudi yaşayır.

“Azərbaycan nəsillər boyu yəhudi icmasının rifahının və tam
təhlükəsizliyinin təmin olunduğu müsəlman ölkəsi kimi nümunə olub”,
– deyə nazir vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, yəhudi icması ikitərəfli
əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. O qeyd edib
ki, həm Azərbaycandan İsrailə köçən soydaşlar, həm də respublikada
yaşamaqda davam edən yəhudilər iki dövlət arasında güclü bağlayıcı
körpü formalaşdırırlar.

“Ölkələrimiz arasında əlaqələrin böyük potensialına inanıram və
onları möhkəmləndirməyə davam edəcəyik”, – deyə Saar əlavə
edib.

Sonda bildirilib ki, Azərbaycan və İsrail arasında münasibətlər
xalqlar arasında sıx təmaslara və dinc yanaşı yaşamağın ortaq
dəyərlərinə əsaslanaraq bir çox istiqamətlər üzrə dinamik şəkildə
inkişaf edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir