Türkiyədə məktəb hücumları ilə bağlı kütləvi həbslər davam edir

Baş səhifə

Bakı. Trend:

Türkiyənin əyalətlərində baş verən məktəb hücumları ilə əlaqədar
ictimaiyyət arasında qorxu və təşviş yaratmaq, ictimaiyyəti kin və
düşmənçiliyə təhrik etmə və alçaltma ittihamları üzrə 25 nəfər
saxlanılıb.

Trend Türkiyə
mediasına istinadən xəbər verir ki, bu barədə İstanbul Baş
Prokurorluğunun məlumatlarında bildirilir.

Şübhəli şəxs qismində saxlanılan və barələrində müvafiq
maddələrlə cinayət işi açılan şəxslərdən 13-ü yaşı 18-dən az olan
yeniyetmələr olub.




Şübhəlilərdən 20-nin İstanbuldan kənarda saxlanıldığı qeyd
olunur.

Qeyd edək ki, 2026-cı ilin aprelində Türkiyədə ardıcıl iki
məktəb hücumu baş verib: Şanlıurfada keçmiş şagird məktəbdə ov
tüfəngi ilə atəş açaraq 16 nəfəri yaralayıb və daha sonra özü ölüb,
hadisədə başqa ölən olmayıb; ertəsi gün Kahramanmaraşda isə 14
yaşlı şagirdin atasına məxsus silahlarla məktəbə etdiyi hücum
nəticəsində 10 nəfər həlak olub (şagirdlər və bir müəllim) və
13-dən çox insanı yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir