Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər?

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 15 milyard 927 milyon manatlıq mal satılıb. Bu
əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3.7 faiz artım
deməkdir.

Trend xəbər
verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial media
hesabında paylaşım edib.




Deputat qeyd edib ki, həmin müddətdə istehlakçılara 8 milyard
774 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
7 milyard 152 milyon manatlıq isə qeyri-ərzaq malları satılıb. Bu
ilin ilk rübünbdə istehlakda ərzaq məhsulları, içkilər və tütün
məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz
artım qeydə alınıb. Bu o deməkdir ki, istehlakçılar pullarının 55
faizini ərzaq məhsullarının alınmasına xərcləyir.

İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib.
İstehlak kompüterlər, telekommunikasiya avadanlıqları və çap
məhsullarında 32.6, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə
isə 25.4 faiz artıb. Dərman peraparatlarının istehlakında artımlar
tələb ilə yanaşı qiymətin də yüksəlməsi ilə əlaqədardır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir