PAŞA Holding tərəfindən “LEGIS Hüquq Forumu” təşkil ediləcək (FOTO)

Baş səhifə

PAŞA Holding tərəfindən təşkil olunan regionun aparıcı hüquq
platforması – “LEGIS Hüquq Forumu” 5 fevral
2026-cı il tarixində yenidən hüquq ictimaiyyətini bir araya
gətirəcək.

Hüquq mütəxəssisləri üçün bilik mübadiləsi aparmaq,
qanunvericilik islahatlarını müzakirə etmək və gələcəyə baxış
formalaşdırmaq məqsədilə yaradılan forumda dövlət və özəl sektorun
liderləri, beynəlxalq ekspertlər və 1000-ə yaxın hüquq peşəkarının
iştirakı gözlənilir.

Bakıda keçiriləcək builki forumda yerli
mütəxəssislərlə yanaşı, dünyaca məşhur ekspertlər də əsas məruzəçi
qismində çıxış edəcəklər. Tədbirin xüsusi qonaqları arasında
Harvard və Oxford universitetlərinin tədqiqatçısı, İngiltərə və
Uels üzrə fəaliyyət göstərən barrister Jamie
Susskind
və “Koç Holding A.Ş.” şirkətinin Baş Hüquq və
Komplayens müşaviri Kenan Yılmaz yer alır. Onlar
hüquq sahəsindəki qlobal çağırışlar və korporativ hüququn gələcəyi
barədə təcrübələrini bölüşəcəklər.




Tədbirdə iştirak əsasən dəvətnamə əsasında olsa da, 31 yanvar
tarixinədək qeydiyyatdan keçən hüquqşünaslar qeydiyyat linkinə
keçid alaraq tədbirdə iştirak şansı əldə edə bilərlər. Qeyd edək
ki, qeydiyyatdan keçən hüquqşünaslar arasında təsadüfi seçim
edilərək məhdud sayda şəxslərə dəvətnamələr göndəriləcək.

Qeydiyyat üçün link: https://lnkd.in/de5TcjkH

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir