
Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubunda ayrılıqlar gerçəkləşib.
Trend xəbər verir ki,
İstanbul nəhəngi baş məşqçi Domeniko Tedesko, idman direktoru Devin
Özek və futbol koordinatoru Berke Çelebi ilə yollarını ayırıb. Bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onların hər biri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında
xitam verilib.
Komandanı mövsümün qalan üç oyununa köməkçi məşqçi vəzifəsində
çalışan Zeki Murat Göle çıxaracaq.
Domeniko Tedesko 2025-ci ilin sentyabrında komandanın baş
məşqçisi vəzifəsinə təyin olunmuşdu.
Qeyd edək ki, “Fənərbağça” Türkiyə Super Liqasında 31 turdan
sonra 67 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində
qərarlaşıb. Onlar lider “Qalatasaray”dan 7 xal geri qalırlar.

