Böyük Britaniya Kralı III Çarlz Trampla görüşüb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-yə rəsmi
səfərləri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp və birinci
xanım Melaniya Trampla görüşüblər.

Trend xəbər verir ki,
tərəflər Ağ Evə daxil olmamışdan əvvəl media nümayəndələri
qarşısında birgə görüntü veriblər. Kral III Çarlz və Donald Trampın
səmimi söhbət apardıqları müşahidə olunub. Məlumata görə, ABŞ
Prezidenti və birinci xanım qonaqların şərəfinə əvvəlcə qapalı çay
süfrəsi təşkil edəcək, daha sonra isə açıq havada ziyafət
keçiriləcək.




Qeyd edək ki, kral ailəsinin ABŞ-yə rəsmi səfərinin ümumilikdə
dörd gün davam edəcəyi bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir