
Bakı.Trend:
ABŞ-nin ardıcıl ikinci gündür İrandakı hədəflərə zərbələr
endirməsi fonunda Hörmüz boğazı ilə ticarət gəmilərinin hərəkəti
minimum səviyyəyə düşüb.
Bu barədə “Bloomberg” agentliyi gəmilərin hərəkətini izləyən
xidmətlərin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, hazırda gəmi hərəkəti yalnız İran sahilləri
yaxınlığında yerləşən və Tehran tərəfindən təsdiqlənmiş daşınma
marşrutu hesab edilən şimal dəhlizində müşahidə olunur. Boğazın
cənub hissəsində yerləşən və Oman dəhlizi kimi tanınan marşrut üzrə
isə hərəkət qeydə alınmır.
Agentliyin məlumatına əsasən, hazırda boğazdan yalnız iki böyük
gəmi keçir – ABŞ sanksiyaları altında olan supertanker və İran
bayrağı altında üzən konteynerdaşıyan gəmi.

