
Salyan Peşə Liseyində direktor təyinatı olub.
Modern.az xəbər verir ki, Arzu Əliyeva Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.
O, 2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

