ABŞ İranın güc strukturlarının üç sabiq əməkdaşını deportasiya etdi

Baş səhifə

ABŞ üç İran vətəndaşını ölkədən deportasiya edib. Onlar İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq üzvləridir.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin bəyanatında deyilir.

“Ölkədən çıxarılan İshan Xalidi, Məhəmməd Mehrani və Morteza Nasirikakolaki 2019-cu ildə Prezident Donald Tramp tərəfindən terror təşkilatı elan edilmiş İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq əməkdaşlarıdır”, – deyə məlumatda bildirilir.

Onların 2024-cü ildə ABŞ-a qanunsuz yolla daxil olduğu iddia edilir.

Qeyd edək ki, dekabrın əvvəlində “The New York Times” qəzeti mənbələrinə istinadla təxminən 2 min İran vətəndaşının ABŞ-dan deportasiya olunacağını yazmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir