
Bakı.Trend:
WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində
müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev prospekti – Aerport şosesi,
Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif
Səfərov və Mikayıl Müşfiq küçələrində müvəqqəti xüsusi hərəkət
zolaqları yaradılacaq.
Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə
olacaq.
Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan
istifadə edə bilər.

