
Bakı. Trend:
2025-ci ildə BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240
milyon manat təşkil edib.
Trend xəbər
verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Fuad İsayev bu gün
Bakıda keçirilən Mikromaliyyə Forumunda deyib.
“54 BOKT, 34 kredit ittifaqı fəaliyyət göstərir. Bunlardan biri
istisna olmaqla hamısında özəl sektor təmsil olunur. 2025-ci ildə
BOKT sektorunun aktivləri 25% artaraq 1 milyard 240 milyon manat
təşkil edib. Eyni zamanda ötən il BOKT-ların kredit portfeli 29%
artaraq 1 milyard manatı üstələyib. BOKT-ların kapitalı ötən il
26,2% artaraq 3 milyon manataı üstələyib. Ümumilikdə, BOKT-ların
kapitalı ümumi aktivlərin 24,5%-ni təşkil edir.
Son 3 ildə BOKT-lar tərəfindən 86 milyon manat məbləğində
istiqraz buraxılışı həyata keçirilib. Sevindirici haldır ki,
2023-cü illə müqayisədə 2025-ci ildə buraxılmış istiqrazların
həcmində 4 dəfəyədək artım müşahidə edirik”, – o vurğulayıb.

