Qazaxıstanda Qızıl Ordaya aid 3 yaşayış məskəni aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Arxeoloqlar Qazaxıstandakı “Sarayıçıq” muzey-qoruğu ərazisində
aparılan arxeoloji qazıntılar zamanı Qızıl Orda dövrünə aid üç yeni
yaşayış məskəni və 250 artefakt aşkar ediblər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“”Sarayıçıq” qoruq tipli muzeyinin ərazisində üç qədim yaşayış
məskənini Atırau arxeoloqları aşkarlayıb. Qazıntılar zamanı 250
artefakt tapılıb. Yaşayış evinin divar qalıqları, qala və
karvansarayın izləri üzə çıxarılıb. Tapıntılar XIV əsrin
əvvəllərinə aid edilir və Qızıl Orda dövrünə məxsusdur”, –
məlumatda qeyd olunur.

Bildirilir ki, alimlər tapıntılar haqqında 2025-ci il üzrə
tədqiqatların yekunlarına həsr olunmuş tədbir çərçivəsində Atırau
Universitetində məlumat veriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir