
Bakı. Trend:
Telegram 2025-ci il ərzində platformadan 952 mindən çox
təhqiramiz materialın silindiyini açıqlayıb.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkət təhlükəsiz ünsiyyəti ilə tanınan, böyük və şifrələnmiş
qrup söhbətlərindən ibarət 150 Telegram kanalını müəyyən etdiyini
bildirib. Həmin kanalların istifadəçiləri Böyük Britaniyadan
Braziliyaya, Çindən Nigeriyaya, Rusiyadan Hindistana qədər müxtəlif
ölkələrdə yerləşir. Kanalların bəzilərində ödəniş qarşılığında
“çılpaq” foto və videolar təklif edildiyi qeyd olunur.
Qeyd edilir ki, saxta pornoqrafiya və onun yaradılması üçün
vasitələr platformanın xidmət şərtləri ilə qəti şəkildə qadağandır
və belə məzmun aşkar edildikdə müntəzəm olaraq silinir. Şirkətin
açıqlamasına görə, xüsusi süni intellekt alətləri ilə dəstəklənən
moderatorlar platformanın ictimai hissələrini proaktiv şəkildə
izləyir və dərin saxta pornoqrafiyanın yayılmasını təşviq edən
məzmun da daxil olmaqla, qaydaları pozan paylaşımları silirlər.

