
Bakı.Trend:
Azərbaycanda transplantasiya əməliyyatlarının sayı artsa da,
gözləmə siyahısındakı şəxslərin sayı azalmır.
Trend xəbər
verir ki, bu fikirləri bu gün sahiyyə Nazirinin müavini Nadir
Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan
səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda
keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
“Ümid edirik ki, orqan transplantasiyası üçün donor olmaq
istəyənlərin sayı artar və gözləmə siyahısında olan şəxslərə bir
ümid olarlar”.
O vurğulayıb edib ki, gələcəkdə transplantasiya əməliyyatlarına
ehtiyac duyulmaya bilər:
“Tibbin inkişafı sayəsində gələcək illərdə transplantasiya
əməliyyatlarına ehtiyacın azalması ehtimalı var”,-deyə o əlavə
edib.

