
İndoneziyada baş verən torpaq sürüşməsində ölənlərin sayı 74 nəfərə çatıb.
APA xəbər verir ki bu barədə yerli media məlumat yayıb.
6 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, yanvarın 24-də İndoneziyanın Qərbi Bandurq bölgəsində şiddətli yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

