Moskvada meymunçiçəyinə ikinci yoluxma halı qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada meymun çiçəyi (Mpox) diaqnozu
qoyulmuş ikinci xəstə Domodedov xəstəxanasına daxil olub.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə həmin tibbi müəssisənin baş
həkimi Andrey Osipov açıqlayıb.

Onun sözlərinə görə, Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi
və insan rifahına nəzarət üzrə Federal Xidməti ( Rospotrebnadzor)
artıq yoluxmanın mümkün mənbələrinin müəyyənləşdirilməsi və
yoluxmuş şəxsin təmaslarının aşkarlanması məqsədilə araşdırmaya
başlayıb.




Hazırda məlumdur ki, yoluxmuş şəxs əvvəllər həmin xəstəxanaya
yerləşdirilmiş birinci xəstə ilə təmasda olub.

Meymunçiçəyi nadir virus xəstəliyidir; qızdırma, intoksikasiya,
limfa düyünlərinin böyüməsi və əvvəlcə ləkələr şəklində yaranan,
sonra isə suluqlu olan səpgilərlə müşayiət olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir