Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Fevralın 3-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Serbiya
Respublikası Xarici İşlər Nazirlikləri arasında çoxtərəfli siyasi
məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinə
Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın
Rəfiyev, Serbiya tərəfindən isə dövlət katibi Nevena Yovanoviç
başçılıq ediblər.

Siyasi məsləhətləşmələr zamanı, dəyişən geosiyasi reallıqlar
kontekstində hər iki ölkənin xarici siyasət prioritetləri,
qarşılıqlı maraq doğuran beynəlxalq və regional proseslər, habelə
əsas çağırışlar barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin strateji tərəfdaşlıq münasibətlərinə malik iki
ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat
bağlantıları, iqlim dəyişmələri ilə mübarizə və digər sahələr üzrə
çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Aparıcı regional və qlobal tərəfdaşlarla ikitərəfli və
çoxtərəfli əməkdaşlığın inkişafı, qlobal platformalar çərçivəsində
qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də beynəlxalq
təşkilatlar çərçivəsində təşəbbüs və namizədliklərə qarşılıqlı
dəstəyin verilməsi məsələlərinə xüsusi yer ayrılıb.

Tərəflər çoxtərəfli formatlar çərçivəsində hər iki ölkə üçün
prinsipial əhəmiyyət daşıyan xarici siyasət məsələlərində
qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətini
vurğulayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir