Bakıda bir sıra yollarda sürət həddi endirildi

Baş səhifə

Bakı.Trend:

Şaxtalı hava şəraiti səbəbindən bir sıra yollarda sürət həddi
endirildi, bütün portallarda “sürüşkən yol” işarəsi
aktivləşdirildi.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə
müraciətində bildirilir.




Hazırda Bakıda müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar
olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat,
Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə
bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Ümumilikdə
qeyd edilən yollarda hərəkət sürəti 70 km/saat təyin edilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında
dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ”
işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl
etmələri xahiş edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir