Azərbaycan pomidor ixracında dünya üzrə ilk 15-likdədir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 2025-ci ildə 192,5 milyon dollar dəyərində 172,9 min
ton pomidor ixrac edib.

Trend bu barədə
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü illə müqayisədə ixracın dəyəri 9,7 faiz,
həcmi isə 18,7 faiz artıb.




2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında
pomidorun payı qızıl ixracından sonra ikinci olub.

Qeyd edilib ki, Azərbaycan 2016-cı ildən qlobal bazara pomidor
ixrac edən ölkələrin siyahısında ilk 15-də yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir