Azərbaycana kondisioner idxalı artdı

Baş səhifə

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 75,6 milyon ABŞ dolları dəyərində 302 min 967 ədəd kondisioner idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb

Aparılan hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1,4 %, kəmiyyət olaraq – 7,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 68,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 8 % çox) 280 min 447 ədəd (+18 %), Tailanddan 3 milyon ABŞ dolları dəyərində (-46 %) 11 min 75 ədəd (-46%), Özbəkistandan 2,6 milyon ABŞ dolları dəyərində (-48 %) 10 min 683 ədəd (-51%), Qazaxıstandan 694 min ABŞ dolları dəyərində 10 ədəd (1 il əvvəl tədarük olmayıb), Türkiyədən 514 min ABŞ dolları dəyərində (+2 %) 163 ədəd (-62 %) məhsul alıb.

Azərbaycan 3 ilin tamamındaAmerika Birləşmiş Ştatlarından tədarükü (170 minABŞ dolları dəyərində 9 ədəd) bərpa edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir