Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və ABŞ Transxəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz)
əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun
inkişafı, enerji və data bağlantısı, ticarət və tranzitin
asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq
multimodal logistika və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə
regional bağlantıları təşviq etmək üçün birgə işləmək
niyyətindədir.

Trend xəbər verir ki, bu,
“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları
Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya”da öz
əksini tapıb.

Sənədə əsasən, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün
Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və
ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə,
Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar
Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun
beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq
multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir