
Bu gün BP “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətinin 10% iştirak payının “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıldığını elan edib.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, bununla BP-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.
Beləliklə, Şəfəq günəş enerjisi layihəsində paylar indi belədir: bp 40.01%, “SOCAR Green” 39.99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10% və MVM 10%.

