
Bakı. Trend:
Dünyanın pivə istehsalı nəhəngi “Heineken” (Hollandiya) sərt
büdcə islahatları elan edib. Konsernt növbəti iki il ərzində
əməkdaşlarının 7%-ni ixtisar edəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə
hesabatda bildirilir.
Məlumata görə, 2025-ci ildə satış həcmi 2024-cü ildə qeydə
alınmış 1,6%-lik artımla müqayisədə 1,2% azalıb. Gəlirlər isə 3,6%
azalıb.
Şirkət 2026–2027-ci illərdə “məhsuldarlıq artımını
sürətləndirmək” məqsədilə beş-altı min nəfərin ixtisarını
planlaşdırır. Hazırda şirkətdə dünya üzrə təxminən 85 min nəfər
çalışır.

