
Bakı. Trend:
Tarix fənni üzrə sertifikasiya imtahanında Azərbaycan tarixi ilə
bağlı suallar ümumi tarix suallarından çox olacaq.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Fakebook” hesabındakı canlı yayımında məlumat verilib.
Bildirilib ki, suallar təxminən 30/20 nisbətində təşkil
ediləcək. Eyni zamanda, Azərbaycan və dünya tarixi ilə bağlı
müqayisəli suallar da olacaq.
Qeyd edək ki, bu il 5 fənn üzrə (tarix, texnologiya, musiqi,
təsviri incəsənət və fiziki tərbiyə) müəllimlər ilk dəfə
sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar.

